Papua Yeni Qvineyanın Qoroka şəhəri yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Qorokadan 42 kilometr şimal-şərqdə, 110 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində hər hansı tələfat və ya maddi ziyan qeydə alınmayıb.