Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə OlanObyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su və tullantı sutəchizatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı layihələr həyatakeçirir. İşlər Beynəlxalq layihələr çərçivəsində və büdcə vəsaitihesabına intensiv olaraq davam etdirilir.
Trend xəbər verir ki, bubarədə ADSEA məlumat yayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibiCeyhun Musaoğlunun sözlərinə görə, Gəncə şəhərinin içməli sutəchizatı 3 mənbədən təmin edilir: “Şəmkirçay su anbarındangötürülən su Sutəmizləyici Qurğular Kompleksində təmizlənərəkşəhərə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar,Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də şəhəri içməlisu ilə təmin edir”.
Mətbuat katibi vurğulayıb ki, İri Şəhərlərin Birləşmiş SuTəchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi şəhərin içməli vətullantı su təchizatı, yağış sularının idarə olunması xidmətlərinihəyata keçirir və 74 min abonentə xidmət göstərir.
“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması” layihəsi çərçivəsində diametri 530 millimetrdən 820millimetrə qədər müxtəlif ölçülü 58,2 kilometr magistral, diametri110 millimetrdən 450 millimetrədək 309 kilometr içməli su xəttiçəkilib.
21384 su sayğacı quraşdırılıb. Həcmi 21 min kubmetr olan 5 suanbarı tikilib, 6 min kubmetrlik su anbarının tikintisi üzrə isəişlər 50 faiz icra olunub.
Diametri 1600 millimetrə qədər müxtəlif ölçülü 324 kilometrkanalizasiya xətti çəkilərək abonent birləşmələri verilib.Sözügedən işlər beynəlxalq layihənin tələblərinə uyğunaparılıb.
Büdcə vəsaiti hesabına isə diametri 450 millimetrədək 61kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometrkanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələriverilib.
Gəncə şəhər sakinləri görülən işlər barədə razılıqlarınıbildirirlər. Şəhər sakini Suliddin Hüseynov intensiv yağışlarzamanı onların yaşadıqları ərazidə əvvəllər su yığıntılarının əmələgəldiyini, tullantı su şəbəkələrində yüklənmələr olduğunu deyir. Oqeyd edir ki, məskunlaşmanın artması magistral kanalizasiyaborularının daha böyük diametrli xətlərlə əvəzlənməsi zərurətiyaradırdı: “İndi şükürlər olsun hər şey düzəlir. Əminik ki, işlərbitəndən sonra su təchizatında daha problem yaşamayacağıq”.
Sakin Elşən Ələkbərov da sevincini belə bölüşür: “Yaşadığımızəraziyə yeni su, kanalizasiya xətti çəkildiyinə görə çoxsevincliyik. Küçəmiz gözəlləşib, suyu var, asfaltı var. Əziyyətçəkənlərin hamısından razıyıq. Cənab prezidentimiz sağ olsun, Gəncəşəhərinə bu qayğısına, diqqətinə görə”
İstehlakçıların suölçən cihazlarla təmin edilməsi layihəsiçərçivəsində 9396 ədəd sayğac quraşdırılıb. Sayğaclar abonentlərinsu sərfiyyatını dəqiq ölçməyə, itkilərin və qeyri-şəffaflıqhallarının qarşısını almağa imkan verir. Layihə həmçinin sutəchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə,istifadəçilərin sərfiyyata uyğun ödəniş etməsinə şəraityaradır.
Müasir tələblərə cavab verən infrastruktur yaradılır. Busistemin əsas tərkib hissəsini mərkəzi su anbarları təşkil edir.Hazırda Gəncə şəhərinin içməli su təchizatı 6 mərkəzi su anbarıvasitəsilə həyata keçirilir. Anbarlarda toplanan sular müvafiqqaydada təmizlənmə, dezinfeksiya və nəzarət proseslərindənkeçdikdən sonra şəbəkələr vasitəsilə əhalinin istifadəsinəverilir.
Şəhərin bir hissəsinə verilən içməli su dörd min kubmetirlikanbardan ötürülür. C. Musaoğlu bildirib ki, bu anbar Göygöl sumənbəyindən qidalanır və şəhərin əsas su anbarlarından biri hesabolunur: “Mənbədən anbara daxil olan suyun keyfiyyəti yoxlanılaraqsiyirtmə kameraları vasitəsilə özüaxımlı rejimdə, yəni elektrikenerjisindən istifadə edilmədən şəhərə ötürülür”.
“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər şəhərin suinfrastrukturu üçün mühüm mərhələ təşkil edir. Görülən tədbirlərsuyun keyfiyyətinin yüksəldilməsinə, xidmətin dayanıqlığının vəetibarlılığının artırılmasına, itkilərin azalmasına, abonentməmnuniyyətinə şərait yaradır.