Litva Ukraynaya istilik elektrik stansiyası (İES) təhvil verib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, İES-in daşınması ilə bağlı mürəkkəb logistika əməliyyatı 11 ay davam edib. Bu müddət ərzində ümumi çəkisi 2 399 ton olan avadanlıqlar 149 mərhələdə Ukraynaya çatdırılıb.
Qeyd olunub ki, verilən istilik elektrik stansiyası ölkənin bir neçə regionunda enerji obyektlərində fövqəladə təmir işlərinin aparılmasına imkan yaradıb.
Nuriyyə NATİQQIZI