Bakı, 22 dekabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunda “Fənərbağça” və “Beşiktaş” komandaları arasında keçiriləcək oyununun baş hakimi bəlli olub.
AZƏRTAC xəbər verir ki, C qrupunda reallaşacaq görüş Oğuzhan Çakıra tapşırılıb.
Dekabrın 23-də “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.