AZ

Avropanın mərkəzində ciddi təhlükə: Arxasında Rusiya dayanır?

Almaniyada bu il mindən çox qanunsuz pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Federal Cinayət Polisi İdarəsinin (BKA) rəhbəri Holqer Münx bəyanat yayıb.

Onun sözlərinə görə, 2025-ci ildə hərbi obyektlər, hava limanları, silah istehsalı zavodları və digər kritik infrastrukturlar üzərində mindən çox qanunsuz dron uçuşu müəyyən edilib.

"Psixoloji təsirlərindən başqa, bu uçuşlar kəşfiyyat toplama məqsədləri üçün də həyata keçirilə bilər. Bunlar hobbi məqsədləri üçün deyil. Çünki biz hətta dron dəstələri də görmüşük", - Münx qeyd edib.

Bu qanunsuz fəaliyyətlərin arxasında Rusiyanın olub-olmadığı soruşulduqda, Münx "Dəqiq bilmirik" cavabını verib.

Seçilən
44
publika.az

1Mənbələr