AZ

Uitkoffla bağlı bu xəbər təəccübləndirdi

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlı razılaşmalara görə etik araşdırmanın fiqurantına çevrilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Semafor nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin müstəqil nəzarət orqanı iki senatorun müraciətini nəzərdən keçirir.

Senatorlar Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinin etik normaları pozub-pozmadığını araşdırmağı tələb edirlər.

Senatorlar Elizabet Uorren və Elissa Slotkin Stiv Uitkoffun və administrasiyada “kriptoçar” kimi tanınan Devid Saksın World Liberty Financial (WLF) adlı kriptolayihə ilə bağlı razılaşmalardakı roluna aydınlıq gətirilməsini istəyirlər.

Qeyd olunur ki, layihəyə Uitkoffun oğlu Zak Uitkoff rəhbərlik edir, təsisçilər sırasında isə Donald Tramp və onun üç oğlu da göstərilir.

Araşdırmaya səbəb BƏƏ-nin MGX fondunun WLF tərəfindən buraxılmış USD1 adlı steyblkoin vasitəsilə Binance kriptobirjasına 2 milyard dollar həcmində investisiya yatırması olub. Bundan təxminən iki həftə sonra isə Tramp administrasiyası BƏƏ-yə müasir süni intellekt çiplərinin böyük partiyalarla ixracına icazə verib.

Ağ Ev və World Liberty Financial bu iki qərar arasında hər hansı əlaqənin olduğunu təkzib edirlər. Donald Tramp isə paralel olaraq The New York Times qəzetinə qarşı 15 milyard dollarlıq iddia qaldıraraq, nəşri böhtanda ittiham edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
84
1
konkret.az

2Mənbələr