AZ

Paşinyan katolikos məsələsini həll etməyə hazırlaşır

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 28-də Eçmiədzin Ana taxt-tacı ilə bağlı məsələni nəhayət həll etməyə hazırlaşır. Artıq təhlükəsizlik qüvvələrinə bu məsələ ilə bağlı təlimat verilib.

525.az xəbər verir ki, bu barədə erməni mediası mənbələrə istinadən məlumat yayıb.

"Ssenariyə görə, o, tərəfdarları olan bir qrup yepiskop, ruhanilərlə Eçmiədzin kilsəsinə girməyi və bütün ermənilərin katolikosunun oradan uzaqlaşmasını, təqaüdə göndərilməsini təmin etməyə çalışacaq. Bu məqsədə çatmaq üçün müxtəlif ssenarilər, həmçinin bütün ermənilərin katolikosunun həbs edilməsi ehtimalı da müzakirə olunur”, - xəbərdə vurğulanıb.

Qeyd olunub ki, uğura nail olmaq üçün təhlükəsizlik qüvvələri 28 dekabrdan bir neçə gün əvvəl hərəkətə başlaya bilər, onlar Eçmiədzin Ana taxt-tacının ərazisini bağlayacaq, axtarışlar aparacaq və katolikosa sadiq ruhaniləri saxlayacaqlar.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
525.az

1Mənbələr