Tbilisi, 22 dekabr, AZƏRTAC
Gürcüstan dəmir yolunun modernləşdirilməsi layihəsinə başlanan kimi tranzit müddəti azalmağa başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.
“Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze deyib ki, modernləşdirmə layihəsi çərçivəsində şirkət keçid hissəsində tamamilə yeni dəmir yolu infrastrukturu inşa edib. O qeyd edib ki, yanvarın 1-dən etibarən mövcud 47 vaqonlu qatar 57 vaqonlu olacaq. Eyni zamanda, qatarların çəkisi artırılacaq ki, bu da hər daşımada daha çox yük daşımağa imkan verəcək.
O bildirib ki, Gürcüstan Dəmir Yolları üçün əsas çətinlik onun hərəkət heyətinin və lokomotiv parkının yenilənməsidir: “Tranzit vaxtının azaldılması və yeni lokomotiv parkı ilə “Gürcüstan Dəmir Yolları” Orta Dəhlizdə daha cəlbedici və strateji tərəfdaşa çevriləcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi