
Amnistiya aktı probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayev deyib.
O bildirib ki, onların 7 min nəfəri azadlığın məhdudlaşdırılması cəzaları ilə bağlı, digər 3 mini isə digər cərimə, islah işləri və s. məhkum olunmuş şəxsləri əhatə edir:
"Amnistiya aktı 4 ay ərzində icra olunacaq. Biz gecə-gündüz çalışaraq aktın vaxtında icrasını təmin edəcəyik".