AZ

Danimarkadan Trampın elçisinin addımına REAKSİYA

Ajans.az xəbər verir ki,bu barədə The Times qəzeti məlumat verib. 22 dekabrda Donald Tramp tərəfindən Qrenlandiya üzrə xüsusi elçi təyin edilən Luiziana qubernatoru Jeff Landry Arktika adasını ABŞ-a birləşdirmək planlarını açıqlayıb. Bu, Kopenhagendə ciddi narazılığa səbəb olub.

Rasmussen bildirib: "Xüsusi elçinin təyin edilməsi xəbərindən son dərəcə qəzəbləndim və onun indi danışma tərzini tamamilə qəbuledilməz hesab edirəm". O, həmçinin Vaşinqtonu vəziyyəti gərginləşdirməkdə günahlandırıb və ada sakinlərinin fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Seçilən
39
Ajans.az

1Mənbələr