AZ

Aİ nümayəndələri ABŞ–Ukrayna sülh danışıqlarında iştirak etməyib

Avropa İttifaqının nümayəndələri Floridada Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı keçirilən ABŞ–Ukrayna danışıqlarında iştirak etməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən mətbuat brifinqində ukraynalı jurnalistin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Aİ nümayəndələrinin danışıqlarda iştirakı ilə bağlı suala “cavab yoxdur”.

Xatırladaq ki, ötən həftəsonu Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı məsləhətləşmələr aparılıb. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff danışıqları “məhsuldar və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, görüşlərdə Amerika tərəfini ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə təmsil edib.

Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Hnatov daxil olub.

Seçilən
49
1
operativmm.az

2Mənbələr