AZ

Hudson Institute: "ABŞ Türk dünyasına arxalanmaq istəyir"

Bu ifadələr ABŞ-də fəaliyyət göstərənHudson İnstitutununbaş elmi işçisi Luk Koffi özünün analitikməqaləsindəvurğulayıb. Müəllifin fikrincə,baş katibin səfəriAzərbaycan və Ermənistan arasında münaqişənin diplomatik həllinə Prezident Donald Trampın şəxsənvasitəçiliyinin,Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşününməntiqi davamıdır.

(Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşündən. 8 avqust 2025-ci il)


(Donald Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə "C5+1" formatının 10 illiyi fonunda görüşdə. 6 noyabr 2025-ci il)

"Bu mühüm səfər açıq-aşkar görürük ki, TDT-nin qlobal əhəmiyyəti artır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ibarət təşkilat hökumətlərarası birlik səviyyəsində öz nüfuzunu tədricən gücləndirir, beləliklə, region strateji mərkəzə çevrilir".

(Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisiPol Kapurla görüşdə.16 dekabr 2025-ci il)


(Kubanıçbek Ömüralıyev Hudson İnstitutunun prezidentiCon Volterlə görüşdə.16 dekabr 2025-ci il)

Məqalədə məlumat verilir ki, TDT-də üzv və müşahidəçi ölkələrin əhatələdiyi təqribən1,64 milyon kvadrat kilometr ərazidə 158 milyon nəfərdən çox insanyaşayır;ümumi daxili məhsul (ÜDM) bütövlükdə 2 trilyon dollarayaxındır; region enerji və iqtisadi resurslar cəhətdən zəngindir:

"Türkiyədən başqa qalan üzv dövlətlər 1990-cı ilərədək Rusiya imperiyası və SSRİ-nin tərkibində idilər. Müstəqillik qazandıqları dövrdən etibarəntürk şəxsiyyətinin dirçəldilməsi üzrə işlərlə(latın əlifbasına keçid. ortaq türk dil və mədəniyyət siyasətinin təşviqi və s.)aktiv məşğuldurlar".

Müəllifin ifadələrinə əsasən, bu amalın zirvəsi sayılanTDT də siyasi və iqtisadi əlaqələrlə yanaşı dil, mədəniyyət və mətbuat sahələrində də nüfuz qazanır.Bu çərçivədə Avrasiya ölkələrindəki türk diasporları arasında da öz təsirini gücləndirir:

"TDT, qlobal iqtisadiyyatda nisbətən kiçik payına baxmayaraq, tədricən öz strateji mərkəz rolunu doğruldur. Regionun zəngin neft, qaz və nadir torpaq ehtiyatları, əsas nəqliyyat marşrutları və ticarət dəhlizləri, o cümlədən Türkiyə ərazisindəki boğazlar və Avropa ilə Asiyanı Rusiyadan keçməməklə birləşdirənOrta Dəhlizbelə bir strateji gücün vacib nöqtələridir".

(Orta Dəhliz)

Məqalədə diqqətə çatdırılır ki,Rusiya və Çinin son illər Avrasiya ölkələrinə doğru artan nüfuzu fonundaTDT alternativ müstəviyə çevrilir. Təşkilatregional ölkələr arasında iqtisadi inteqrasiyaya, ticarət əməkdaşlığına və ümumilikdə nəqliyyat infrastrukturunun inkişafınaböyük töhfə verir:

"TDT son illərdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırır,birgə hərbi təlimlər keçirir.Ümumiyyətlə, təşkilata üzv ölkələrin demoqrafik və iqtisadi göstəriciləri ürəkaçandır. Əlverişli coğrafi mövqe də hesaba qatılanda görürük ki, TDT-nin Avrasiyada əhəmiyyəti artır".

Luk Koffi yazır ki, belə bir mənzərədəABŞ-nin TDT ilə iqtisadi-ticari əməkdaşlığa maraq göstərməsibiznes və ticarət üçün yeni imkanlar açması ilə yanaşıözünün regiondakı mövcudluğunu möhkəmləndirməsi deməkdir:

"Baş katibin Vaşinqtona səfəri ABŞ ilə türk dövlət arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində ilk addım sayıla bilər. Hazırda başqa çərçivələrdə, həmçinin xarici işlər nazirləri səviyyəsində sammitin keçirilməsi mümkündür. Gələcək perspektiv göstərir ki,Vaşinqton TDT ilə əməkdaşlıq vasitəsilə Avrasiyada strateji mövqeyini gücləndirmək niyyətindədir. Bu, əlbəttə, bütün tərəflərdən ötrü uzunmüddətli iqtisadi-ticarət fayda deməkdir".

Firudin Həmidli
AzVision.az
Seçilən
17
2
azvision.az

3Mənbələr