525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hindistanda Sayranq-Nyu-Dehli marşurutu ilə hərəkət edən sərnişin qatarı vəhşi fillərin sürüsü ilə toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 5 vaqon relsdən çıxıb.
Toqquşma 7 filin ölümü ilə nəticələnib. Sərnişinlərdən xəsarət alan olmayıb. Yolda hərəkət bir müddət dayanıb. Digər reyslər ehtiyat yolla hərəkət edib. Qəzaya səbəb kimi qatı duman göstərilir.
Qeyd edək ki, Hindistanda 22 min baş vəhşi fil məskunlaşıb. Hər il qatarlarla toqquşma üzündən orta hesabla 20 fil həyatını itirir.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.