AZ

Azərbaycan Dəmir Yolları maliyyə vəziyyətini açıqlayıb

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
4
baku.ws

5Mənbələr