AZ

“Rubin” yeni nəsil strateji nüvə sualtı qayığı hazırlayır

“Rubin” dəniz mühəndisliyi mərkəzi dizayn bürosu yeni nəsil strateji nüvə sualtı qayığının yaradılması üzərində fəal işləyir.

Herbiand.az xəbər verir ki, bu barədə şirkətin 125 illik yubileyi münasibətilə keçirilən mərasimdə Rusiya prezidentinin köməkçisi və dəniz donanması Şurasının sədri Nikolay Patruşev bildirib.

O, vurğulayıb ki, şirkətin layihələri əsasında hazırlanmış dörd nəsil strateji nüvə sualtı qayıqları və adi sualtı qayıqlar, eləcə də bir neçə seriyalı qanadlı raketi olan sualtı qayıqlar Sovet İttifaqının və Rusiyanın sualtı qüvvələrinin əsasını təşkil edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
37
herbiand.az

1Mənbələr