AZ

Qəzzaya ölənlərin sayı artdı

İsrailin Qəzza Zolağında hücumlarında ölənlərin sayı son 48 saatda 12 nəfər artaraq 70.937-yə çatıb. 7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlamada itkilər və dağıntılar altından yeni tapılan cəsədlər barədə son məlumatları paylaşıb. Bildirilib ki, son 48 saat ərzində İsrailin hücumları nəticəsində 8-i dağıntılar altından çıxarılan 12 fələstinlinin cəsədi, 7 yaralı isə xəstəxanalara çatdırılıb. Atəşkəs qüvvəyə minəndən bəri 405 mülki şəxs həyatını itirib, 1115 nəfər yaralanıb və dağıntılar altından 649 cəsəd çıxarılıb. İsrailin Qəzza Zolağında 2023-cü ilin oktyabr ayında başlayan hücumlarında ölənlərin sayı 70.937, yaralananların sayı isə 171.192 olaraq qeydə alınıb.
 

Seçilən
43
7news.az

1Mənbələr