2025/2026 mövsümündə "Qızıl buts" mükafatını hansı futbolçunun qazanacağı böyük maraq doğurur.
Fanat.Az-ın məlumatına görə, hazırda 2 futbolçu eyni sayda qolla daha şanslı görünür.
Bunlar "Bayern Münhen"in forvardı Harri Keyn və "Mançester Siti"nin hücumçusu Erlinq Holanddır. Sözügedən ön xətt oyunçuları mübarizə apardıqları çempionatlarda hərəyə 19 dəfə rəqib qapılarına yol taparaq 38 xal toplayıblar. "Real Madrid" forması ilə La Liqada 18 dəfə adını tabloya yazdıran Kilian Mbappe şərikli liderlərdən 2 xal geri qalır.
"Böyük 5-lik"də oynayan futbolçuların vurduğu hər qol 2 xalla qiymətləndirilir. Reytinqinə görə 6-21-ci yerlərdə olan birinciliklərdə 1 qol 1,5, qalanlarında 1 xal gətirir.
Xatırladaq ki, ötən mövsüm "Qızıl buts" mükafatını La Liqada 31 dəfə fərlənən Mbappe qazanıb.
Nihat