AZ

Cevdet Yılmaz: Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyət planını yeniləyəcəyik

Bakı, 22 dekabr, Göyçək Mahmudlu, foto Aydın Məmmədov, AZƏRTAC

Azərbaycan bizim üçün "Bir millət, iki dövlət" prinsipini bölüşdüyümüz çox vacib dostumuz və müttəfiqimiz olan ölkədir. Bir tərəfdən siyasi münasibətlərimiz çox fərqli bir səviyyəyə çatıb, digər tərəfdən isə iqtisadi münasibətlərimiz ticarətdən investisiyaya və digər sahələrə qədər böyüməyə və inkişaf etməyə davam edir. Keçirəcəyimiz görüşlər vasitəsilə bu münasibətləri daha da inkişaf etdirməyin yollarını müzakirə edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz deyib.

Türkiyənin vitse-prezidenti ölkəmizə səfəri barədə danışaraq deyib: "Bu gün səhər saatlarından Azərbaycandayıq. Baş nazir Əli Əsədov və onun nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirəcəyik. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyət planı var idi. Onu yeniləyəcəyik. Həm keçmişdə görülən işləri qiymətləndirəcəyik, həm də gələcək üçün yeni fəaliyyət planımızı imzalayacağıq. Hər kəs üçün uğurlu olmasını arzu edirəm.

Dekabrın 23-də, həmçinin mühüm biznes forumumuz olacaq. Belə ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil olunan tədbirdə iştirak edəcəyik. Bundan başqa da ziyarət və görüşlərimizin olması nəzərdə tutulur".

Seçilən
87
2
azertag.az

3Mənbələr