Bakı. Trend:
18-19 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasınınrəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov vəAzərbaycan Respublikası Prezidentinin AdministrasiyasınınQeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektormüdiri Elmir Vəlizadə Çin Xalq Respublikasının Şanxay şəhərindəkeçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasınıntəşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbirindəiştirak ediblər.
Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.
Konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süniİntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin realsektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agentinkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, ocümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişafalətlərinin təkmilləşdirilməsi təqdim olunub.
Səfər çərçivəsində “BytePlus” şirkətinin direktoru YongliangZhang ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasıilə “ByteDance/BytePlus” arasında əməkdaşlıq perspektivləri,“BytePlus” tərəfindən təqdim olunan süni intellekt həllərininAzərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması vəSİ sahələrində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirəedilib.
Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanıngücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədərazılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritetistiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrinqiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsininformalaşdırılması olacaq.
“ByteDance” 2012-ci ildə təsis edilmiş, süni intellektlədəstəklənən innovativ platformaların yaradılmasına fokuslananqlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşfetməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun vəməhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”,“Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.