Azərbaycan İdman Akademiyası (ASA) dünyanın ən nüfuzlu reytinqlərindən biri olan “GreenMetric Ranking 2025”-də ilk dəfə olaraq yer alıb.
"Unikal" xəbər verir ki, ASA 105 ölkəni təmsil edən 1745 ali təhsil müəssisəsi arasında ətraf mühitə davamlı yanaşma göstəricilərinə görə reytinq cədvəlinə daxil edilib. İnfrastruktur, enerji və iqlim dəyişikliyi, təhsil və tədqiqat, su və nəqliyyat resursları üzrə ATM-lərin təsir gücünə görə sıralamalar aparan bu reytinqdə ASA-nın ümumi balı 2345-dir.
Qeyd edək ki, bu nəticə 2025-ci ildə ASA-nın daxil olduğu “Times Higher Education Impact Rankings 2025”-dən sonra Akademiyanın təmsil olunduğu ikinci beynəlxalq reytinqdir.