ain.az bildirir, Demokrat.az portalına istinadən.
"Kredit götürmək və ya zamin olmaq prosesində ilk addım müraciət ərizəsinin verilməsidir. Yəni, kredit almaq istəyən şəxs banka ərizə ilə müraciət edir və zamin də buna razılıq verir. Müraciət ərizəsində adətən qeyd olunur: “Mən, filankəs, filankəsin zamini durması şərtilə, bir il müddətinə, illik 20% dərəcəsi ilə 10 min manat kredit istəyirəm”.Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərim deyib. O, bildirib ki, bu ərizəyə əsasən bank kredit məbləğini və faiz dərəcəsini müəyyən edir, zamin müqaviləsi tərtib olunur:"Kredit müqaviləsinin təminatı kimi zamin müqaviləsi hazırlanır. Bu sənəddə banka, kredit götürənə və zaminə kreditin məbləği, müddəti, faiz dərəcəsi, aylıq ödənişlər və digər şərtlər ətraflı izah olunur. Zamin borc ödənilənə qədər bu öhdəliyə görə məsuliyyət daşıyır və digər banklarda götürüləcək öhdəliklər zamanı da bu məsuliyyət nəzərə alınır. Əgər zamin razılaşırsa, müqaviləni imzalayır, razı deyilsə, imzalamır. Burada heç bir qanunsuzluq yoxdur".Ekspert bildirib ki, bəzən isə, xüsusilə etibarlı və təkrar müştərilər üçün banklar kredit xətti açır:"Məsələn, bank deyə bilər: “Bir nəfər zamin gətirməklə sizə 100 min manatlıq kredit xətti veririk, 10 illik müddətə”. İlk tranşda 20 min manat götürülürsə, zamin müqaviləyə imza atır. Müqavilə ümumi kredit xətti üzrə hazırlandığı üçün zamin bütün tranşlar üzrə məsuliyyət daşıyır. Bəzi hallarda müştərilər bu prosesi tam anlamır və ya bank tərəfindən izah olunmur. Nəticədə çaşqınlıq və şübhələr yaranır. Lakin əslində bank hər zamin və borc alana bütün hüquq və öhdəlikləri izah edir, bundan sonra müqavilə hüquqi qüvvəyə minir".Onun sözlərinə görə, hər hansı qanun pozuntusu hallarında isə zamin və ya borc alan şəxs Mərkəzi Banka və ya məhkəməyə müraciət edə bilər:"Qanun pozuntusu aşkar olunarsa, məsələ hüquqi yolla həll edilir və zərərçəkmişin maraqları qorunur".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.