AZ

Çin Aİ-dən idxal olunan süd məhsullarına əlavə gömrük rüsumları tətbiq edir

Çin Avropa İttifaqından (Aİ) idxal edilən süd məhsullarına qarşı müvəqqəti anti-subsidiya tədbirləri tətbiq edəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin yaydığı məlumata görə, yeni məhdudiyyətlər 23 dekabr tarixindən qüvvəyə minəcək. Qərara əsasən, Aİ şirkətlərinin süd məhsullarına 21,9 faizdən 42,7 faizə qədər dəyişən əlavə gömrük rüsumları tətbiq olunacaq.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərini Çinə qarşı birlik tarixində ən sərt ticarət tədbirlərinin görülməsinə çağırmışdı.

Xatırladaq ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp mövcud gömrük rüsumları və “kritik proqram təminatları”na tətbiq edilən ixrac nəzarətinə əlavə olaraq, noyabrın 1-dən etibarən Çindən idxal olunan bütün mallara 100 faiz gömrük vergisi tətbiq ediləcəyini bəyan edib. ABŞ administrasiyası bu addımı Çinin “son dərəcə aqressiv ticarət siyasətinə” cavab kimi əsaslandırıb.

Məlumata görə, sözügedən qərar Çinin qlobal bazarın təxminən 70 faizinə nəzarət etdiyi nadir torpaq metallarının hasilatı və emalı texnologiyalarına ixrac nəzarəti tətbiq etməsindən sonra qəbul edilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr