"MDB ölkələri arasında birgə əməkdaşlıq xalqların maraqlarına xidmət edir, sabitliyi və ortaq təhlükəsizliyi gücləndirir".
Missiya.Az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində deyib.
O qeyd edib ki, bütün üzv dövlətlər əsas qlobal və regional məsələlərə oxşar yanaşmalara malikdir:
"MDB dövlətləri BMT-nin mərkəzi rol oynadığı beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə əsaslanan ədalətli dünya nizamının formalaşmasını yekdilliklə dəstəkləyir",- deyə Prezident əlavə edib.
Seyranə QuliyevaMissiya.Az