AZ

Mixail Podolyakın istefa xəbəri YALAN ÇIXDI

Ukraynada istefa xəbəri təkzib olunub – Podolyak vəzifəsində qalır.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Sergey Leşşenko məlumat yayıb. Deputat Sergey Leşşenko yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Məlumata görə, Sergey Leşşenko Mixail Podolyakın Ukrayna Prezidenti Ofisi rəhbərinin köməkçisi vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Deputat bildirib ki, bu barədə səsləndirilən iddialar əsassızdır:

“İşində heç bir dəyişiklik baş verməyib”.

Bununla da rəsmi şəkildə Podolyakın öz vəzifəsini icra etməyə davam etdiyi təsdiqlənib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
67
interpress.az

1Mənbələr