AZ

Kəmaləddin Heydərova məxsus olduğu bildirilən şirkət yarım milyonluq tender əldə etdi

Ədliyyə Nazirliyi kompüter və digər avadanlıqlar alır.

 

Pravda.az-ın xəbərinə görə, alınacaq mallara 458 704 AZN xərclənəcək.

 

Satışı “Bestcomp Group” QSC həyata keçirəcək.

 

Nazirlik və QSC arasında müqavilə bağlanıb.

 

Qeyd: Nizamnamə kapitalı 8 962 330 AZN olan QSC-nin qanuni təmsilçisi Fərid Rafiq oğlu Həsənovdur. Mediada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən yazılarda bu şirkətin də adı qeyd olunur.

 

Cabir

Tarix: 22 Dekabr 2025, 15:46   
Seçilən
36
3
pravda.az

4Mənbələr