AZ

47 yaşlı aktyor intihar etdi

Amerikalı aktyor Ceyms Ranson intihar edib.

Ölkə.az xəbər verir ki, aktyorun 47 yaşı var idi. 

Qeyd edək ki, Ceyms Ranson 2021-ci ildə açıqlamasında bildirib ki, uşaqlıq illərində repetitoru Timoti Rualo tərəfindən dəfələrlə seksual zorakılığa və təcavüzə məruz qalıb. Aktyor bu travmanın onda uzunmüddətli psixoloji problemlərə, eləcə də alkoqol və narkotik asılılığına səbəb olduğunu deyib. O, 2006-cı ildə asılılıqlardan xilas olub, 2020-ci ildə isə Rualo barəsində rəsmi ittiham irəli sürüb. Bildirilir ki, polis bu iddialarla bağlı tədbir görməyib.

Ceyms karyerası ərzində bir sıra məşhur layihələrdə rol alıb. Onların sırasında "Dinləmə", "Qanun və qayda", "Poker face", "Qatil nəsli" kimi serialları, həmçinin "Sinister", "O", "Sevgilim qatildir", "Mandarin" və "Starlet" filmləri yer alır.

Seçilən
73
olke.az

1Mənbələr