AZ

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

Bakı.Trend:

Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığımövzusu ətrafında sistemli, ardıcıl və həmrəy fəaliyyətin təşkiliölkəmizdə mühüm bir ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlədərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasınınəhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik,məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirənmedia savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Rəqəmsallaşma, Süni İntellekt vəMedia Savadlılığı” konfransında Medianın İnkişafı Agentliyininİcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu yanaşma yalnız informasiya sahəsininiştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər vədavranış modeli formalaşdırır:

“Real vaxt rejimində məlumatların saniyələr içərisində genişauditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm dəAzərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd edirik.Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin genişşəkildə qeyd olunması milli mətbuatın tarixi rolunun, ictimai rəyinformalaşmasında tutduğu mövqeyin, maarifçilik ənənələrinin vədövlətçilik ideyalarının qorunması və inkişaf etdirilməsindəkiəhəmiyyətinin dərin şəkildə təhlil edilməsi baxımından mühüməhəmiyyət daşıyır. Bu yubiley, eyni zamanda, “Əkinçi” qəzeti iləəsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaq,qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinədüşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır.Milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyükməsuliyyət tələb edir”.

Ə.İsmayılov bildirib ki, rəqəmsal media mühitinin sürətligenişlənməsi, informasiyanın operativliyinin bir çox hallardadəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimairəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektivməsuliyyətə əsaslanan bir prosesə çevirir:

“Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onundüzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunmasıprioritet məsələ kimi ön plana çıxır. Mövcud qlobal informasiyatəhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiyamühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektivməlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsbedir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətliinformasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi iləəhalinin media savadlılığının artırılması prosesi bir-birinitamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxışedir. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişafetdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması,etik normalara riayət olunması və doğru məlumatların təşviqistrateji əhəmiyyət daşıyır”.

Onun fikrincə, media savadlılığının gücləndirilməsi yalnızpeşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısıolan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimidəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatınmənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətindayanıqlılığını şərtləndirən əsas amillərdəndir:

“Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alandezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması,media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemlimaarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritetistiqamətlərdən biri kimi müəyyən edilib. 2022-ci ildə qüvvəyəminmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununda mediasavadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsivə bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianınİnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüminstitusional addımdır”.

O vurğulayıb ki, media savadlılığının artırılması çoxşaxəli vəkompleks bir prosesdir. Bu baxımdan ailə institutu, təhsil sistemi,dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləriarasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəlinəticələrin əldə olunması üçün zəruri şərtdir:

“Media Savadlılığı Həftəsi” çərçivəsində keçirilən tədbirlər dəməhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığınartırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinəxidmət edir. Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxilistrategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindəncəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədiləmərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdəicra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda2000-dən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrindəmedia savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsiməqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçünməlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri iləəməkdaşlıq çərçivəsində isə maarifləndirici və təşviqedicimateriallar hazırlanaraq ictimaiyyətə təqdim edilib”.

Seçilən
57
8
az.trend.az

10Mənbələr