AZ

Paşinyan-Qaregin müharibəsində Azərbaycan faktoru

“Azadlıq radiosu” Ermənistanda baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri katolikos II Qaregin arasındakı qarşıdurmanın səbəblərini araşdırıb.

Publika.az xəbər verir ki, radio Ermənistanın müstəqillik qazanmasından sonra kilsə və dövlət arasında ən ciddi qarşıdurmanın yaşandığını qeyd edir.

Bildirilir ki, qarşıdurma həbslər, ictimai ittihamlar və erməni kimliyi, ölkənin idarəetmə sistemi, konstitusiyaya hörmətsizlik kimi məsələlər üzərində davam edir.

“Kilsə və dövlət arasındakı münaqişə Ermənistan üçün həssas bir vaxtda – seçkilərin yaxınlaşdığı dövrdə baş verir. Bu qarşıdurma gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanın siyasi mənzərəsini və diasporla münasibətlərini dəyişə bilər. Hökuməti tənqid edənlər bildirir ki, ruhanilərin həbsi və kilsə ilə bağlı araşdırmalar konstitusiyaya ziddir. Digər həssas məsələ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsidir. İki ölkə liderləri avqust ayında sülh müqaviləsinin layihəsini paraflayıb, lakin yekun müqavilə rəsmi olaraq imzalanmayıb. Kilsənin sülhə qarşı olduğu haqda deyilənlər qarşıdurmada bu amilə də diqqət çəkir”, - radio bildirir.

Seçilən
73
publika.az

1Mənbələr