AZ

“BOA Agentliyi”ndə dividendlə bağlı məsələlər müzakirə ediləcək

“BOA Agency” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 09 yanvar 2026-cı il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı, Nəsimi rayonu, 4 mkr, Mir Cəlal küç., 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. 2025-ci ilin maliyyə yekunlarının müzakirəsi. 2. Dividendlə bağlı məsələlərin müzakirəsi. 3. Cari məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanında yerləşən ofisində, Hüquq şöbəsi ilə əlaqə saxlamaqla şəxsən yaxud etibarnamə əsasında nümayəndə vasitəsilə tanış ola bilərlər.

Seçilən
25
1
banker.az

2Mənbələr