AZ

İslamı qəbul edən hindistanlı televiziya ulduzu iddialara cavab verdi

Hindistanlı televiziya ulduzu Vivian Dsena 2019-cu ilin müqəddəs Ramazan ayında İslamı qəbul etdiyini dünyaya elan etmişdi.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, o, xristian ailəsində doğulub böyüməsinə baxmayaraq, bu qərarın impulsiv şəkildə verilmədiyini, əksinə, dərin düşüncələrin və uzun bir araşdırma dövrünün nəticəsi olduğunu bildirmişdi.
 
Dsena rəsmi olaraq İslamı qəbul etməzdən əvvəl təxminən altı il Ramazan ayında müntəzəm olaraq oruc tutduğunu etiraf etmişdi.

Məşhur aktyor ona irəli sürülən ittihamlara cavab verərək, bu qərarın misirli həyat yoldaşı Nuran Əli ilə evlənmək üçün deyil, tamamilə öz iradəsi və daxili axtarışları ilə verildiyini vurğulayıb.
 
 

Seçilən
70
7news.az

1Mənbələr