İmişli şəhərində yaşayış binalarında dam örtüyünün əsaslı təmirini “Baku Building” MMC həyata keçirəcək.
Pravda.az-ın xəbərinə görə, xidmətə 103 152 AZN xərclənəcək.
İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və şirkət arasında müqavilə bağlanıb.
Qeyd: Əksər rayonların icra hakimiyyətləri tenderləri “Baku Building”ə verirlər. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Şahlar Qərib oğlu Mirzəyevdir.
Cabir
Tarix: 22 Dekabr 2025, 15:30