GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“ABŞ senatoru Lindsi Qrem ruhi xəstəliyini gizlədə bilmir”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
“Qrem uzun müddət özünü saxlayıb, normal görünməyə çalışıb. Lakin onun dərin ruhi xəstəliyi danılmazdır: indi o, ABŞ-ı oyunu dramatik şəkildə dəyişdirməyə və hətta Rusiya Prezidenti Vladimir Putinin Trampın planına “yox” deyəcəyi təqdirdə, Ağ Ev rəhbərini hər şeyə hazır olmağa çağırır. Bundan qabaq Rusiyanı “Tomaqavk” raketləri ilə vurmağa səsləmişdi” – o bildirib.
Rusiyalı senatorun sözlərinə görə, Qrem münaqişənin gərginləşməsinin nəticələrindən narahat deyil:
“O, yalnız ABŞ-ın nə etməli olduğunu düşündüyü barədə düşünür. Amma Rusiya ilə təhdid dilində danışmaq olmaz və Qrem kimi siyasətçilər bunu anlamırlar”.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.