ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “UnHerd” telekanalına müsahibəsində belə deyib. Siyasətçi rusların həqiqətən də Donetsk üzərində tam nəzarəti ələ keçirmək istədiklərini düşündüyünü bildirib. “Tam anlaşılandır ki, ukraynalılar bunu öz təhlükəsizlikləri üçün ciddi təhdid kimi görürlər. Hərçənd onlar özəl söhbətlərdə son nəticədə Donetski itirəcəklərini etiraf edirlər. Ancaq bu “nəhayət” bir ildən sonra və ya daha gec gələ bilər. Deməli, bu ərazi güzəşti, daha doğrusu, bu dəhşətli ərazi güzəşti danışıqlarda ciddi maneədir”, - Cey Di Vens söyləyib. Onun fikrincə, Rusiya və Ukraynanın bütün problemləri açıq müzakirəyə çıxarması ilə bağlı ABŞ sıçrayışa nail olub. - Başlanğıcda hamı vəziyyəti bir az qarışdırır, kartlarını ortaya qoymadan saxta problemlərin arxasında gizlənir. Bunu mürəkkəb danışıqların bütün iştirakçılarında müşahidə etmək olar. Son bir neçə həftə ərzində biz gördük ki, ukraynalılar və ruslar nəyin müzakirə edilə bilməyəcəyini və nəyin tamamilə müzakirə oluna biləcəyini real başa düşürlər”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb. Siyasətçi həmçinin Ukrayna və Rusiya arasında müharibəyə son qoyacaq sülh sazişinin tezliklə əldə ediləcəyinə əmin olmadığını bildirib. “Düşünürəm ki, biz irəliləyiş əldə etmişik. Lakin bu gün heç bir əminliklə deməzdim ki, biz münaqişənin sülh yolu ilə həllinə nail olacağıq. Yaxşı bir şans var, amma bunun belə olmayacağı barədə də ciddi ehtimal mövcuddur”, - Cey Di Vens diqqətə çatdırıb. Onun szölərinə görə, Rusiya və Ukrayna son aylarda “vicdanlı” danışıqlar aparır, ABŞ isə böhranı sülh yolu ilə həlli üçün çalışmağa davam edəcək. Danışıqlar Donbasla yanaşı, Zaporojye Atom Elektrik Stansiyasına (AES) birgə nəzarət, Ukraynadakı etnik rusların və Rusiyadakı ukraynalıların vəziyyəti, ölkənin bərpası məsələlərini də əhatə edir. Eyni zamanda, Cey Di Vens Arizonada mühafizəkar “Turning Point USA” təşkilatının konfransındakı çıxışında ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukraynaya maliyyə yardımından çox amerikalı təqaüdçülərin dəstəklənməsinə diqqət yetirdiyini vurğulayıb. - Biz təqaüdə çıxmış yaşlı amerikalılara yardım göstərməklə yanaşı, o cümlədən Sosial Müdafiə vergisini ləğv edirik. Çünki biz atalarınıza və analarınıza hörmətimizi nümayiş etdirmək zərurətinə inanırıq və onların bütün vəsaitlərini Ukraynaya göndərmək istəmirik”, - ABŞ-nin vitse-prezidenti bildirib. Sahil İsgəndərov
AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.