Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Donetsk vilayəti Kiyev və Moskva arasında danışıqlarda əsas maneə olaraq qalır və Ukrayna bölgədən mümkün geri çəkilməni ciddi təhlükəsizlik təhdidi və "dəhşətli ərazi güzəşti" kimi görür.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D. Vens “UnHerd”-ə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, ruslar həqiqətən Donetsk üzərində ərazi nəzarəti istəyirlər. Ukraynalılar bunu öz təhlükəsizliklərinə ciddi təhdid kimi görürlər, baxmayaraq ki, onlar şəxsi söhbətlərdə Donetski itirəcəklərini etiraf edirlər. Lakin bu, bir ilə və ya daha uzun müddətə baş verə bilər. Beləliklə, bu ərazi güzəşti - daha doğrusu, bu dəhşətli ərazi güzəşti - danışıqlarda ciddi bir maneədir", - deyə vitse-prezident izah edib.
Vens hesab edir ki, ABŞ Rusiya və Ukraynanın bütün məsələləri masaya gətirməsində irəliləyiş əldə edib: "Əvvəlcə hər kəs vəziyyəti bir az qarışdırır, uydurma məsələlərin arxasında gizlənir, kartlarını masaya qoymur. Bunu çətin danışıqlarda bütün tərəflərdə görürsünüz. Son bir neçə həftə ərzində isə biz gördük ki, ukraynalıların və rusların nəyin qətiyyən müzakirə olunmayan və nəyin tamamilə müzakirə edilə bilən məsələlər olduğuna dair real anlayışı var ".
Vens həmçinin Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə əldə ediləcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayıb: "Düşünürəm ki, irəliləyiş əldə etmişik, amma bu gün burada oturaraq, münaqişənin sülh yolu ilə həllinə nail olacağımızı qəti şəkildə deməzdim. Bunun baş vermə ehtimalı böyükdür, amma baş verməməsi üçün də ciddi bir ehtimal var".
Siyasətçi əlavə edib ki, Rusiya və Ukrayna son aylarda "xoş niyyətlə" danışıqlar aparıblar və ABŞ böhranın sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.
Onun dediyinə görə, Donbasdan başqa, danışıqlara Zaporojye Atom Elektrik Stansiyasına birgə nəzarət, Ukraynadakı etnik rusların və Rusiyadakı ukraynalıların vəziyyəti, eləcə də Ukraynanın yenidən qurulması da daxildir.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.