“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Milad bayramı zamanı futbolçuların çəkisinə ciddi nəzarət edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, onun bu qərarı Premyer Liqanın 17-ci turunun “Vest Hem”lə oyunundan sonra (3:0) komandaya verdiyi 3 günlük tətillə əlaqədardır. O, dekabrın 27-də “Nottingham Forest”a qarşı səfər oyununa komandanın problemsiz çıxmasını istəyir:
“Futbolçular məndən “Vest Hem”lə oyundan sonra onlara əlavə istirahət günü verilməsini xahiş etdilər, amma cavab verdim ki, xeyr. Çünki kifayət qədər yaxşı oynamadılar.
Onlar çəkidən keçdilər və hər şey mükəmməl idi, lakin 25-də yenidən çəkiləcəklər ki, artıq kilo alıb-almadıqları bilinsin. Üç günlük fasilədən sonra onların vəziyyətini yoxlamaq istəyirəm. Mən orada olacağam və çəkilərini izləyəcəyəm.