AZ

NFF konqolulardan FİFA-ya şikayət etdi

Afrika futbolunda qalmaqal baş verib.

"Football-plus.az" xəbər verir ki, Nigeriya Futbol Federasiyası (NFF) DÇ-2026-nın seçmə mərhələsinin Konqo DR yığması ilə keçirilən pley-off oyunu ilə bağlı FİFA-ya şikayət edib.

Bu barədə ESPN məlumat yayıb. NFF konqoluların heyətində oynayan təxminən 6-9 futbolçunun meydana çıxmaq hüququnun olmadığını iddia edir. Söhbət Avropada doğulan və vətəndaşlıq dəyişdirilərkən Avropa pasportundan rəsmi şəkildə imtina etməyən oyunçulardan gedir. Nigeriya tərəfi bildirir ki, Konqo DR-in qanunvericiliyinə əsasən, ikili vətəndaşlıq qadağandı və bu səbəbdən həmin futbolçuların milli komandada oynaması mümkün deyil. FİFA-nın şikayətlə bağlı qərarı gələn ilin martında keçiriləcək qitələrarası pley-off mərhələsinədək açıqlanacaq.

Xatırladaq ki, Nigeriya yığması Afrika zonası üzrə pley-offun finalında Konqo DR komandasına əsas və əlavə vaxtı 1:1 hesabıyla nəticələnən oyunda penalti seriyasında uduzub (3:4). Nəticədə Konqo qitələrarası pley-offa vəsiqə qazanıb, Nigeriya isə dünya çempionatına yollanmaq şansını itirib.

Seçilən
73
1
football-plus.az

2Mənbələr