AZ

Qadın pişiyi paltaryuyan maşında YUYUB

Ajans.az yerli KİV-ə istinadən xəbər verir ki, Taldıkorqan sakini olan bir qadın pişiyini paltaryuyan maşına salaraq işə salıb və baş verənləri mobil telefonu ilə lentə alıb. Bildirilir ki, qadın videonu WhatsApp statusunda kinayəli şərhlə paylaşıb və bunu guya adi bir hal kimi təqdim edib: “Həftədə bir dəfə hamama gedirəm və pişiyimi də həftədə bir dəfə yuyuram”. Heyvanın əzab çəkdiyini əks etdirən kadrlar sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub. Threads platformasının istifadəçiləri kütləvi şəkildə e-Otinish sistemi vasitəsilə rəsmi şikayətlər göndəriblər. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır və onun məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.
Seçilən
74
Ajans.az

1Mənbələr