AZ

Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə...

Məşhur çinli rəssam Fan Zenq 87 yaşında ata olub və böyük övladları ilə əlaqələrini kəsib.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Ənənəvi Çin rəssamlığı ustası, əsərləri ilə ümumilikdə dörd milyard yuandan (təxminən 962 milyon 980 min 800 manat) çox qazanc əldə etdiyini açıqlayıb. Uşağın anası, 37 yaşlı Xu Menq, ərindən 50 yaş kiçikdir. Rəssam elanında yeni doğulan körpənin onun "yeganə bioloji uşağı" olduğunu vurğulayıb.

Sənətçi oğlu doğulandan sonra ailə işlərinə tam nəzarəti gənc həyat yoldaşına təhvil verib və əvvəlki evliliklərindən olan uşaqları ilə əlaqələrini kəsib.

"Bundan sonra bütün daxili və xarici ailə işlərinin idarə olunmasını sevimli həyat yoldaşım Xu Menqə həvalə etdim. Başqalarının müdaxilə etmək hüququ yoxdur", - Fan Zenq bəyan edib.

Seçilən
65
publika.az

1Mənbələr