AZ

"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı

style='margin-bottom:10px;'>

“Aston Villa” İngiltərə Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub etməklə öz rekordunu təkrarlayıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, söhbət 111 il əvvəl qeydə alınan rekorddan gedir.

Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 10 qələbə qazanıb ki, bu da klub tarixində 1914-cü ildən bəri ilk dəfə yaşanır.  Unay Emerinin komandası yerli çempionatda “Bornmut” (4:0), “Lids" (2:1), “Vulverhempton” (1:0), “Brayton” (4:3), “Arsenal” (2:1), “Vest Hem” (2:0), Avropa Liqasında isə "Makkabi" (2:0), “Yanq Boyz” (2:1) və “Bazel” (2:1) üzərində qələbə qazanıb.

Qeyd edək ki, “Aston Villa” hazırda 36 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Seçilən
34
3
teleqraf.com

4Mənbələr