AZ

Rusiya 45 Ukrayna vətəndaşını ölkəsinə QAYTARDI

Rusiya 45 ukraynalını Kiyevə təhvil verib.

Ölkədən çıxarılmalı olan şəxslərin təhvili Belarus vasitəsilə baş tutub, 22 ailə birləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası ölkədən çıxarılması (deportasiya) nəzərdə tutulan 45 Ukrayna vətəndaşını qarşı tərəfə təhvil verib.

Ombudsmanın sözlərinə görə, həmin şəxslərin hamısı könüllü olaraq Ukraynaya qayıtmaq istəyiblər. Təhvil prosesi Belarus ərazisi vasitəsilə həyata keçirilib.

Həmçinin bildirilib ki, dekabrın 16-da Qomel vilayətinin Novaya Quta aqroşəhərciyində 22 ailənin qovuşması təşkil olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
58
interpress.az

1Mənbələr