Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bununla bağlı Amerika lideri özünün “Truth Social” social şəbəkəsində payıaşım edib. “Mən Luiziana ştatının əla qubernatoru Ceff Lendrini Birləşmiş Ştatların Qrenlandiya üzrə xüsusi elçisi təyin etdiyimi açıqlamaqdan məmnunam. Lendri ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyanın əhəmiyyətini dərk edir. Əminəm ki, mənim yeni xüsusi nümayəndəm ABŞ-nin maraqlarını qətiyyətli şəkildə müdafiə edəcək”, - Donald Tramp yazıb. Danimarkanın Xarici İşlər naziri Lars Lökke Rasmussen, öz növbəsində, bildirib ki, Trampın Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi nümayəndə təyin etməsi Amerikanın adaya marağınının davamlı olduğunu əks etdirir. Bununla belə, o Vaşinqtonu Danimarkanın ərazi bütövlüyüynə hörmət etməyə çağırıb. “Bu təyinat Amerikanın Qrenlandiyaya davamlı marağını təsdiqləyir. Bununla belə, biz hər kəsin, o cümlədən ABŞ-nin Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etməli olmasında israrlıyıq”, -Danimarka XİN-in rəhbəri vurğulayıb.
Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri
Xatırladaq ki, bu ilin yanvar ayında Ağ Evin rəhbəri Danimarkaya Qrenlandiyanı ABŞ-yə satmağı təklif etmişdi. Danimarkanın baş naziri Mette Frederiksen isə ərazinin satılmadığı barədə sərt cavab verib. Bundan sonra, martın əvvəlində Donald Tramp ada sakinləriin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib. O, ABŞ-nin adanı öz tərkibinə qəbul etməyə hazır olduğunu bildirib. - Vaşinqton Qrenlandiyaya strateji əhəmiyyətli ərazi kimi baxır və onun inkişafına sərmayə qoymağa hazırdır”, - Amerika lideri deyib. Elə həmin ay Donald Tramp adanın ilhaqı təşəbbüsünün uğurla həyata keçəcəyinə tam əminliyini ifadə edərək, bunun 100% ehtimal olunduğunu vurğulamışdı. Avqustun sonlarında isə səkkiz mənbəyə istinad edən “Danmarks Radio (DR)” radiostansiyası prezident Donald Trampla əlaqəsi olan ən azı üç amerikalının Qrenlandiyada gizli təsir əməliyyatları həyata keçirdiyi barədə məlumat yaymışdı. Sahil İsgəndərov
AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.