AZ

Yermakın komandası haradadır?

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, prezident Volodimir Zelenskinin ofisinə göndərilən rəsmi sorğunun cavabına istinad edən “Ukrayna News” agentliyi belə məlumat yayıb. Bununla belə, Ukrayna prezidentinin ofisi işdən çıxarılanların siyahısını təqdim etməyib.

2024-cü ilin dekabrına olan məlumata görə, Andrey Yermakın doqquz məsləhətçisi və köməkçisi var idi: Aleksandr Bevz, Liliya Paşinnaya, Viktoriya Romanova və Tatyana Qayduçenko tam ştat əsasında, Sergey Leşenko, Darya Zarivnaya, Mixail Podolyak, Elina Yelyanova və Aleksandr Rodnyanski isə ştatdan kənar statusda olublar.

Yermakın yerini kim tutacaq?

Andrey Yermakın müşavir və köməkçilərinin işdən çıxarılması barədə Ukrayna mətbuatı dekabrın 19-da məlumat yayıb. Leşenko nəşrə verdiyi şərhdə hazırda prezident ofisində ştatdankənar məsləhətçi kimi çalışdığını bildirib. Mixail Podolyak da jurnalistlərə açıqlamasında prezident ofisinin müşaviri kimi fəaliyyətini davam etdirdiyini deyib. Xatırladaq ki, noyabrın sonunda Ukrayna prezidenti Volodimir Zelenski onun ofisinin rəhbəri Andrey Yermakın istefa verdiyini açıqlamışdı. Ukrayna mediası 2020-ci ilin fevralından prezident ofisinə rəhbərlik edən Yermakı Zelemskinin ən əsas silahdaşlarından biri və prezidentdən sonra ölkədə ən nüfuzlu adam adlandırırdı. “Energoatom” şirkətində külli miqdarda mənimsəmə ilə bağlı korrupsiya qalmaqalının alovlanmasından sonra Zelenskinin əleyhdarları və müttəfiqləri onu Yermakı işdən çıxarmağa çağırıblar. Ukrayna prezidenti bu vakant vəzifəyə bir neçə namizədin adını açıqlasa da, hələ də öz ofisinin yeni rəhbərini seçməyib. “Zerkalo Nedeli” nəşrinin yazdığına görə, Yermakın onun üçün qurduğu hakimiyyət sistemini qoruyub saxlamağa çalışan Zelenski öz ofisinin rəhbərinin faktiki rolunu zəiflətməyə cəhd edəcək. “Zelenski ofis rəhbərinin öhdəsinə yalnız texniki funksiyalara cavabdehliyi qoyaraq, ofisini birbaşa idarə etməyə hazırdır. Yermakın işdən çıxarılmasına baxmayaraq, Ukrayna prezidenti onunla gündəlik əlaqə saxlamağa davam edir”, - nəşrin mənbələri bildiriblər. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azvision.az

1Mənbələr