
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderləri üçün Sankt-Peterburqdakı Ermitaj Muzeyinə tur təşkil edib.
Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri, o cümlədən Ermənistan Baş naziri muzeyi gəziblər.
Xatırladaq ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası keçirilib, bu gün isə MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü baş tutacaq.
Daşqın HəsənovMissiya.Az