AZ

"Qızıl buts" mükafatının favoritləri açıqlandı

BAKI, 22 dekabr. TELEQRAF

"Qızıl buts" mükafatının 2025/2026-cı il mövsümünün namizədləri açıqlanıb.

Teleqraf xəbər verir ki, mükafatın əsas iddiaçısı Almaniyanın "Bavariya" klubundan Harri Keynlə İngiltərə "Mançester Siti"sindən Erlinq Holanddır.

Hər iki hücumçu daxili liqalarda 19 qol vuraraq 38 xal qazanıb.

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilyan Mbappe 18 qol ilə rəqiblərindən iki xal geridədir.

Qeyd edək ki, "Qızıl buts" mükafatının son qalibi məhz Kilyan Mbappedir. O, ötən mövsüm ərzində 31 qola imza atmışdı.

Seçilən
52
teleqraf.com

1Mənbələr