AZ

BFMTV: Luvrdan 8 mindən çox brilyant və 200-dən çox mirvari oğurlanıb

Oktyabr ayında baş verən oğurluq zamanı Luvrdan 8 482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari oğurlanıb. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Qiymətli daşlar cinayətkarların apardığı səkkiz zinət əşyasını bəzəyirdi.

Telekanalın məlumatına görə, ümumilikdə oğurlanan qiymətli daşların dəyəri 88 milyon avro təşkil edir. Bildirilir ki, muzeyin soyğunçuluğunda istifadə olunan avtoqaldırıcı və skuterlər həmin gün Parisin şimal ətrafında yerləşən Obervill kommunasının məhəlləsindən gətirilib.

Oktyabrın 19-da iki nəfər avtoqaldırıcıdan istifadə edərək muzeyin ikinci mərtəbəsinə qalxıb Luvru qarət edib. Onlar pəncərəni sındıraraq vitrinləri yarıb və daha sonra əlbir olduqları şəxslərin köməyi ilə hadisə yerindən qaçıblar. Oğurlanan qiymətli əşyalar hələ tapılmayıb, lakin polis artıq dörd şübhəlini saxlayıb. Luvrun direktoru Lorans de Kar Senatda keçirilən dinləmələrdə bildirib ki, oğurluq muzeydəki köhnəlmiş xarici müşahidə sistemi səbəbindən mümkün olub. Onun sözlərinə görə, təhlükəsizlik sistemi Luvrun “zəif nöqtəsidir”.

Seçilən
14
banker.az

1Mənbələr