2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 175 milyon 442 min dollar dəyərində 158 min 259 ton pomidor ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin statistikasından topladığı rəqəmlər əsasında xəbər verir.
2024-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 155 milyon 362 min dollar dəyərində 129 min 790 ton pomidor ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan pomidor ixracı 2025-ci ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20 milyon 80 min dollar və ya 12,9%, miqdar ifadəsilə 28 min 469 ton və ya 21,9% artıb.