AZ

"Aston Villa" 111 il öncəki uğurunu təkrarladı

"Aston Villa" 111 il öncəki uğurunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, tarixi nəticə İngiltərə Premyer Liqasının (İPL) XVII turunda "Mançester Yunayted"lə oyunda qeydə alınıb.

"Qırmızı şeytanlar"a 2:1 hesabı ilə qalib gələn Birmingem təmsilçisi cari mövsüm bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini əldə edib. Bu qələbələrdən 3-ü UEFA Avropa Liqasında, 7-si isə İPL-də qazanılıb.

Sözügedən klub son dəfə 1914-cü ildə ardıcıl 10 qələbəyə sevinmişdi.

Qeyd edək ki, hazırda 36 xalı olan "Aston Villa" İPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat

Seçilən
21
fanat.az

1Mənbələr