AZ

“Putin bütün Ukrayna üzərində nəzarəti ələ keçirməyə çalışır” - Entoni Blinken

“Atəşkəs əldə edilə bilsə, Ukraynaya Rusiyanın yenidən təcavüzünü qeyri-mümkün edəcək etibarlı təhlükəsizlik zəmanətləri verilməlidir”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken “CNN” telekanalına müsahibəsində deyib.

“Mənim öz qiymətləndirməm budur ki, xəritədəki xətt çox da dəyişməyəcək. Ruslar dəhşətli bir xərclə, yalnız kiçik bir ərazidə yavaş irəliləyirlər. Düşünürəm ki, onlar son bir ildə on minlərlə insanın həyatı və yüz minlərlə insanın yaralanması bahasına Ukrayna ərazisinin daha bir faizini ələ keçiriblər”, - deyə siyasətçi vurğulayıb.

Blinken hesab edir ki, heç kim daha böyük bir ölkənin kiçik bir ölkəyə hücum etməsini istəmir. Lakin Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq sistemi formalaşdıran prinsiplərə qarşı təcavüzdür və bu prinsiplər qonşu ölkənin sərhədlərini zorla dəyişdirməyin və ya həmin ölkənin siyasətini diktə etməyin mümkün olmadığını diktə edir.

Siyasətçi Ukraynaya hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyinin vacibliyini qeyd edib.

Onun fikrincə, qüvvələrin istənilən müəyyən edilmiş xətt boyunca yerləşdirilməsi vacibdir və bu, Rusiya üçün çəkindirici amil olmalı, Ukraynanın müdafiə sənayesi inkişaf etməli, ABŞ kəşfiyyat və silah təmin etməyə davam etməlidir.

Blinken həmçinin əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün Donbas üzərində nəzarəti ələ keçirmək istəyir, daha sonra Kremlin rəhbəri bu və ya digər şəkildə bütün Ukrayna üzərində nəzarəti ələ keçirməyə çalışır.

"Putin müstəqil bir ölkə kimi Ukraynanı neytrallaşdırmaq istəyir", - deyə siyasətçi qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr