“Qonşu ölkələrə – Azərbaycana, Ermənistana və Türkiyəyə, sonra isə BMT-yə və Serbiyaya səfərlərim xarici siyasət vektorumuzun alternativsiz olduğunu mənə daha aydın şəkildə göstərdi”.
Hafta.az yazır ki, bunu Gürcüstan Prezidenti Mixeil Qavelaşvili “Səfirlər Konfransı 2025″dəki çıxışı zamanı deyib.
Prezident gürcü diplomatları ticarət-tranzit əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməməyə çağırıb.
“Gürcüstanın Cənubi Qafqazın əsas regional mərkəzi statusunu daha da möhkəmləndirməsi ortaq məqsədimizdir. Eyni zamanda, daha böyük coğrafi məkanların – Asiya, Avropa və Yaxın Şərqin iqtisadi və dinc inteqrasiyasına maksimal şəkildə şərait yaratmalıyıq. Hər birinizi ticarət-tranzit əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməməyə çağırıram. Bu, təkcə qlobal əməkdaşlığa şərait yaratmayacaq, həm də Gürcüstana özünün tarixi, sivilizasiya qovşağı funksiyasını qaytaracaq. Gürcüstan təkcə Orta Dəhlizin əsas qovşaqlarından biri deyil, həm də əsrlər ərzində müxtəlif mədəniyyətlərin dinc şəkildə birgə yaşadığı unikal sivilizasiya dialoqunun məkanıdır”, – Mixeil Qavelaşvili bildirib.