ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində (“Azadlıq metrosu yaxınlığında) qayda pozan piyadalar avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 19-da saat 15:20 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən ana və qızı sürücüyə çətin anlar yaşadıb. Belə ki, onlar yaxınlaşmaqda olan maşına məhəl qoymadan hərəkətlərinə davam ediblər. Təhlükəni vaxtında görən sürücü siqnal verərək piyadalara xəbərdarlıq etdikdən sonra onlar dayanıblar.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidən bir neçə metr irəlidə piyada keçidinin olduğu videoda aydən şəkildə əks olunub.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.